Главная > Mədəniyyət > Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri

Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri


31-12-2018, 17:02. Разместил: yeni321
Masallıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ümumrayon tədbiri keçirilib

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Masallı rayonunda bir sıra silsilə tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dekabrın 31-də Masallı Rayon İcra Hakimiyyətinin binası önündəki meydanda keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə təzə-tər gül dəstələri düzüblər.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, ictimaiyyət nümayəndələri, rayon ağsaqqalları, ziyalıları, idarə müəssisə və təşkilat rəhbərləri, təhsil və səhiyyə işçiləri, tələbələr, məktəblilər və minlərlə rayon sakini iştirak edib.
Meydana daxil olan Şaxta baba və Qar qız tədbir iştirakçılarını salamlayıb, masallıları 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik ediblər.
Şənliyin aparıcısı gəncləri Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsisçisi və yaradıcısı ulu öndər Heydər Əliyevin dünya Azərbaycanlılarına olan diqqətindən və bu həmrəyliyi günü-gündən möhkəmləndirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin səmərəli nəticəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb, ötən il ərzində rayonumuzun əldə etdiyi uğurlardan söz açıblar.
Tədbir Masallı Regional Mədəniyyət İdarəsinin özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.
 


 


 
 
“Yeni həyat”,
www.yeniheyet.az  шаблоны для dle 11.2
Вернуться назад