Главная > Mədəniyyət > Masallıda “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib

Masallıda “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib


17-01-2019, 21:43. Разместил: yeni321
Masallıda “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin ilk təlimi keçirilib

Yanvarın 17-də Masallı rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 2018-ci ildə 11-ci qrant müsabiqəsi üzrə qalib olmuş “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin açılış mərasimi və ilk təlimləri keçirilib.
18 fəal gəncin iştirak etdiyi tədbiri giriş sözü ilə “Gənclər arasında tarix və mədəniyyət bələdçilərinin hazırlanması” layihəsinin rəhbəri Nemət Əliyev açıb. O, iştirakçılara Gənclər Fondunun dəstəyi, layihənin məqsədi və gedişi haqqında məlumat verib, onlara uğurlar arzulayıb.
Layihənin ilk günündə gənclərə Masallı, Lənkəran və Astara rayonlarının tarix və mədəniyyəti, kulinariyası, milli rəqsləri və folkloru haqqında təlimlər keçirilib. Təlimləri Rafət Şirəliyev idarə edib.
Təlimlərdən sonra iştirakçılar qruplara bölünərək, cənub zonasında turistlər üçün maraqlı olacaq tarixi abidələr, coğrafi məkanlar və s. haqqında təqdimatlar ediblər.
Məlumat üçün bildirək ki, yanvar ayında layihə üzrə daha bir təlim sessiyası keçiriləcək. Fevralda isə gənclərin iştirakı ilə Masallı, Lənkəran və Astara rayonlarına bir günlük ekskursiya təşkil olunacaq. Ekskursiyada iştirak edən gənclərə hədiyyə və sertifikatlar veriləcək.
 

 

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад