Главная > Mədəniyyət > “Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir
“Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir4-02-2019, 13:50. Разместил: yeni321 |
“Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir Fevralın 4-də Masallı regional “ASAN həyat” kompleksindəki Kinoklubda Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti mərhələsində gənc rejissorlarla görüş keçirilib, onların filmlərinin nümayişi olub. Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşıb. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri keçirilir. Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova, gənc rejissor Murad Quliyev bir neçə ildir ki, “ASAN Xidmət”lə birgə reallaşdırılan festivalın əhəmiyyətindən, istedadlı gənclərin festival və müsabiqələrdə iştirakının dövlət tərəfindən dəstəkləndiyindən danışıblar. Bildirilib ki, məşhur kinorejissor, Dövlət mükafatı laureatı, professor Eldar Quliyev “Debüt” Eksperimental Gənclik yaradıcılıq studiyasının bədii rəhbəri kimi bu gün də gənc rejissorlara yardımçı olmağı özünə borc bilir. Daha sonra Kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun “Debüt” studiyasında istehsal olunan “Yol ayrıcında qalmış taksi” və “Onun atası” adlı qısametrajlı filmləri nümayiş edilib. Film haqqında müzakirələrlə davam edən tədbir maraqlı diskussiya şəraitində keçib. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |