Главная > Mədəniyyət > “Manqurt” tamaşası Masallı səhnəsində

“Manqurt” tamaşası Masallı səhnəsində


16-02-2019, 09:56. Разместил: yeni321


“Manqurt” tamaşası Masallı səhnəsində
 
Akademik Milli Dram Teatrının kollektivi növbəti dəfə Masallıda teatrsevərlərin qarşısında çıxış edib.
Rayon Mədəniyyət Mərkəzində təqdim olunan “Manqurt” adlı səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla və böyük maraqla qarşılanıb.
Qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan tamaşanın bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.
Birhissəli epik rəvayət olan səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev iştirak ediblər.
 
 
“Yeni həyat”,
www.yeniheyet.az 
 
 шаблоны для dle 11.2
Вернуться назад