Главная > Mədəniyyət > Məşhur rəssama məxsus yeni əsərlər və sənədlər tapılıb

Məşhur rəssama məxsus yeni əsərlər və sənədlər tapılıb


25-11-2017, 19:04. Разместил: yeni321

Məşhur rəssama məxsus yeni əsərlər və sənədlər tapılıb


Xalq Rəssamı Səttar Bəhlulzadənin indiyədək tədqiqatçılara məlum olmayan əsərləri, sənədləri və fotoları tapılıb.
Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, şəxsi kolleksiyada saxlanılan bu nümunələr görkəmli fırça ustasının irsini öyrənənlər üçün əsl töhfədir.
Kolleksiyada Xalq Rəssamının əski əlifbada yazdığı yol qeydləri, məktubları, tərcümeyi-halı və digər sənədlər də var. Bunların arasında ən çox diqqəti cəlb edən sənətkarın iki unikal rəsm əsəridir.
Tabloların birində Şaxta baba, digərində isə əllərində meyvələrlə dolu bayram xonçasını saxlayan pioner qız və oğlan təsvir olunub. Bu da sənətkarın irsinin tədqiqatçılarını sual qarşısında qoyub.
Rəsm əsərləri barədə fikirlərini bölüşən Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev bildirib ki, həmin əsərlər sənətkarın yaradıcılığında bərabəri olmayan, oxşarı olmayan sənəd nümunələridir. Bəhlulzadə daha çox mənzərəçi, Füzuli yaradıcılığının aşiqi kimi tanıdığı halda, bu dəfə rəssam çox fərqli mövzulara müraciət edib: “Rəssamı həmin əsərləri çəkməyə kimsə məcbur edə bilməzdir. Rəssam əsərləri yaxın, ona əziz olan insanların, məktəbdə oxuyan qohumlarının xahişi ilə Yeni il şənliyində istifadə etmək üçün çəkib. Görünür, həmin şəxs də xatirə kimi tabloları qoruyub saxlayıb”.
Hər iki əsərdə sənətkarın öz yaradıcılığı manerasına sadiq qalması, kifayət qədər bədii sərbəstlik hiss olunur. Kolleksiyada olan digər sənədlər rəssamın həyatının 1927-1940-cı illər dövrün işıq salması baxımdan əhəmiyyətlidir. Yeni tapılan tərcümeyi-hal sənətkarın həyat tarixçəsinin bir qədər də dəqiqləşdirilməsinə imkan verib. Əldə olunan fotomaterialların arasında əvvəllər çap olunmayan şəkillər də var. Bütün bunlar böyük sənətkarın həyat və yaradıcılığının öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад