Главная > Mədəniyyət > Həmkarımızın yeni uğuru

Həmkarımızın yeni uğuru


4-03-2019, 18:25. Разместил: yeni321

                                           
                                                   Həmkarımızın yeni uğuru
 
“Yeni həyat” qəzetinin baş ədəbi işçisi, eyni adlı internet saytının idarəedicisi Akif Ağayev Azərbaycan Jurnalistlər Birliyinin Diplomu ilə təltif edilib. O, bu mükafata respublika və region mətbuatında Masallı rayonunun ictimai-siyasi həyatından bəhs edən yazılarına görə layiq görülüb.
Bildirək ki, AJB-nin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif  Ağayev yorulmadan çalışan yazar, KİV-də tanınan fəal müxbirlərdəndir.  
Uzun illərin yaradıcısı kimi bildirirəm ki, mətbuatda publisistik yazıları ilə çıxış edən A.Ağayevin potensialı böyükdür. O da təcrübəli həmkarları kimi qəzetçilik ənənəsinə sadiqliyini kollektivimizə qoşulduğu gündən əməli fəaliyyəti, kəsərli yazıları, qazandığı oxucu rəğbəti və digər müsbət xüsusiyyətlərilə sübut etməyə çalışır. Akif Ağayev ictimai-siyasi, ədəbi və digər mövzulu yazıları ilə yanaşı rayonun idman tarixini, Masallıda keçirilən kütləvi idman yarışlarını “Yeni həyat” qəzetində və saytlarda, eləcə də digər nəşrlərdə işıqlandıran istedadlı jurnalistdir. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının “2017-ci ilin idman yazarı” media mükafatına layiq görülüb.
Vətənpərvərlik mövzusundakı məqalələri də daha çox diqqət cəlb edir. Şəhid analarının, əmək və müharibə veteranlarının görüşünə gedir, qəhrəmanlar tarixini gənc nəslə çatdırmağa çalışır. Xüsusilə qəzetimizin tarixini, keçdiyi möhtəşəm yolu, keçmiş redaktorlarının, əməkdaşlarının fəaliyyətini öyrənmək üçün axtarışlar edir.
Həmkarımız Akif Vaqifoğlunu növbəti uğuru münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.
 
Həsənağa ƏLİYEV,
AJB Masallı rayon təşkilatının sədri.
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад