Главная > Mədəniyyət > Azərbaycan qadınının yüksəliş yolunu təsvir edən ədib

Azərbaycan qadınının yüksəliş yolunu təsvir edən ədib


7-03-2019, 20:19. Разместил: yeni321
  Azərbaycan qadınının yüksəliş yolunu təsvir edən ədib
 
R. Tağıyev adına Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində “Cəfər Cabbarlı yaradıcılığında zamanın səsi” mövzusunda 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilən tədbir keçirilib.
Tədbirə rayonun fəal qadınları, Asan xidmətin könüllüləri qatılıblar.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva iştirakçıları bayram münasibətilə təbrik edib, möhtərəm Prezidentimizin böyük ədibin 120 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün imzaladığı sərəncamı Cəfər Cabbarlıya qarşı ehtiram və sevginin təzahürü, Azərbaycan mədəniyyətinə olan diqqəti, qadın azadlığını Cabbarlı dramaturgiyasının əsas mövzusu kimi səciyyələndirib.
Muzeyin elmi işçisi Dilguşə Məmmədova şair-dramaturqun həyat və yaradıcılığından danışıb.
Bədəlan kənd tam orta məktəbinin direktor müavini Məhbubə Şahbazova, şəhid anası Zərifə Xudaverdiyeva, şairə Dilşad Nüsrətqızı, Hişkədərə və Türkoba kənd ərazi nümayəndələri Qumriyyə Cəfərova, Leyla Əzizova, “Halay” folklor ansamblının rəhbəri Natəvan Cəbiyeva, könüllülər qrupunun fəalı Aytac Bağırova və başqaları qeyd ediblər ki, Azərbaycan qadınının yüksəliş yolunu təsvir edən
Cabbarlının əksər əsərlərində qadın cəmiyyətin ayrılmaz parçası kimi ictimai-sosial kimlik müstəvisində təqdim edilir.
Məktəblilərin ifasında “Almaz” pyesindən kompozisiya nümayiş olunub.
Sonda gənc rəssamlara Masallı Dövlət Rəsm Qalereyasının fəxri fərmanları təqdim edilib.
 
Südabə MƏMMƏDOVA, 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад