Главная > Mədəniyyət > Masallıda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Masallıda Beynəlxalq Qadınlar Günü qeyd olunub


8-03-2019, 11:20. Разместил: yeni321
Masallıda Beynəlxalq Qadınlar Günü qeyd olunub

Martın 7-də Masallı rayonunda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
İlk öncə rayonun idarə, müəssisə və təşkilatlarında çalışan bir qrup qadın Masallı şəhər Heydər Əliyev Parkında ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
“İlqar Plaza” şadlıq sarayında təşkil olunan tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bayram münasibətilə qadınları təbrik edərək onların cəmiyyətdəki rolundan söhbət açıb. Natiq çıxışında dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan Azərbaycan qadınının bu gün ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrildiyini xüsusilə qeyd edib. Azərbaycan qadınlarının ölkəmizin həyatındakı çoxşaxəli rolundan danışan rayon rəhbəri bu sahədə ümummilli liderimiz Heydər Əliyevin,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərini qeyd edərək Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan qadınına xas olan ən dəyərli keyfiyyətləri özündə birləşdirməklə qadınlarımızı dünyada ləyaqətlə təmsil etdiyini vurğulayıb. RİH başçısı həmçinin vurğulayıb ki, Azərbaycan qadınları ilə bir sırada inamla addımlayan masallılı qadınlar da bu gün iqtisadiyyatımızın gücləndirilməsində, idarəetmə, təhsil, səhiyyə, mədəniyyət, aqrar və digər sahələrdə əzmlə çalışırlar.
Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirakına görə bir qrup qadına rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və qiymətli hədiyyələr verilib.
Bayram münasibətilə xoş arzularını bildirən Şatıroba kənd məktəbinin direktoru Ülviyyə Səfərova, "Cənub" qadın inkişaf qrupunun rəhbəri Səadət Rufullayeva, Aprel döyüşlərində şəhid olmuş Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Sara Abbaszadə, Qodman ərazi nümayəndəsi, Aprel döyüşlərinin iştirakçısı Əziz Cankişizadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Vəli Rzayev, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova və başqaları Azərbaycanda qadına, anaya daim böyük ehtiram və hörmət bəslənməsindən, müdrik, cəsur, istedadlı qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmasından danışıb, qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Bayram tədbirində həmçinin Masallı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup təhsil və səhiyyə işçisinə Fəxri fərman və qiymətli hədiyyələr verilib.
Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin özfəaliyyət işçilərinin, Heydər Əliyev Mərkəzinin rəqs qruplarının ifasında rəngarəng musiqilər və rəqslərlə yekunlaşıb.


 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад