Главная > Mədəniyyət > "Xonçalı Novruz gəlir"

"Xonçalı Novruz gəlir"


17-03-2019, 15:34. Разместил: yeni321
"Xonçalı Novruz gəlir"                        

Masallı rayon Tarix-Diyarşünaslıq muzeyində rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Xonçalı Novruz gəlir" mövzusunda bayram tədbiri keçirilib.
Tədbirdə Mərkəzin müəllim və şagird kollektivi, rayon təhsil şöbəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib, muzeydə hər zaman maraqlı tədbirlərin keçirildiyini və bunun bir növ ənənə halını aldığını qeyd edib. Mərkəzin direktoru Əsmər Axundova tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə muzey rəhbərliyinə minnətdarlıq edib, bildirib ki, gənc nəslin inkişafında hər iki qurumun göstərdiyi xidmətlər danılmazdır və bu gün keçirilən tədbir bunun bariz nümunəsidir.
Rayon təhsil şöbəsinin metodisti Münəvvər Əzimova isə hər iki qurumun – muzey və Mərkəzin rayonun ictimai-mədəni və təhsil sahəsində oynadıqları müsbət rolu yüksək qiymətləndirib.
Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri instrumental musiqi və şux rəqs nömrələri ifa edib, Novruzla bağlı şer parçaları səsləndirib, “Qayınana” kinofilminin motivləri əsasında hazırladıqları kompozisiya nümayiş etdiriblər.
Sonda xatirə şəkilləri çəkilib.
 

 

“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад