Главная > Mədəniyyət > KİVDF-nin 10 illik yubileyi qeyd edilib
KİVDF-nin 10 illik yubileyi qeyd edilib18-03-2019, 20:53. Разместил: yeni321 |
![]() KİVDF-nin 10 illik yubileyi qeyd edilib Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10 illik yubileyi qeyd edilib. Tədbir çərçivəsində yubiley və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib. Sonra Fondun 10 illik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. ![]() İcraçı direktor Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə KİV nümayəndələri adından minnətdarlığını bildirib, eyni zamanda, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib. ![]() Əli Həsənov bildirib ki, on ildir Azərbaycan dövlətinin KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir. Ötən on ildə kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması ilə bağlı nə iş görülübsə kollegial şəkildə, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi və qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların göstərilməsi tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib. ![]() Sonra fərdi jurnalist yazılarının qalibləri mükafatlandırılıb. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək jurnalist peşəsinin şərəfli peşə olduğunu bildirib. O, ulu öndər Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın və onun mediasının inkişafı üçün gördüyü işlərdən danışıb. Bildirib ki, bu gün Azərbaycanın qazandığı uğurları gələcək nəsillərə çatdırmaq vəzifəsi mətbuatın üzərinə düşür. F.Heydərov Azərbaycan mediasının bu şərəfli missiyanı layiqincə yerinə yetirəcəyinə əmin olduğunu bildirib. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digərləri media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüblər. Nazir Əbülfəs Qarayev bu gün ölkəmizdə medianın uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan mediası ölkəmizin əldə etdiyi uğurları beynəlxalq aləmə çatdırmaq kimi şərəfli vəzifəni layiqincə yerinə yetirir. Tədbir bədii hissə ilə davam edib. AZƏRTAC. Вернуться назад |