Главная > Mədəniyyət > Masallıda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Masallıda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək


25-03-2019, 23:08. Разместил: yeni321

Masallıda “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

 
May ayında Masallı şəhərində “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək.
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı respublikamızın 15 regional mədəniyyəti idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə təşkil olunur.
Festivalın əsas məqsədi regionların mədəni və yaradıcılıq nümunələrini, qədim adət-ənənələrini, folklorunu hər bir azərbaycanlıya, eləcə də ölkəmizə gələn turistlərə nümayiş etdirməkdir.
Festival sərgi və xalq konsert proqramı olmaqla iki hissədən ibarətdir. Sərgi çərçivəsində qurulan çadırlarda şəhər və rayonların mədəni irsini əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri sərgilənir. Həmçinin sənətkarlıq nümunələrinin satış yarmarkası da fəaliyyət göstərir.
Konsert proqramı isə musiqiçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışlarından ibarətdir.
Mədəniyyət Nazirliyi tərəfindən ikinci dəfə keçirilən festival respublikamızın Gəncə, Ağstafa, Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcabədi, Abşeron, Xaçmaz, Lerik, Masallı,Şəmkir, Balakən, Şamaxı kimi şəhər və rayonlarını əhatə edəcək.
Mart ayının 28-dən öz işinə start verən festivalın may ayında yekunlaşacağı planlaşdırılır. 

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад