Главная > Mədəniyyət / Təhsil > Masallıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib

Masallıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib


2-04-2019, 18:48. Разместил: yeni321
Masallıda Beynəlxalq Uşaq Kitabı Günü qeyd edilib 

Aprelin 2-də Masallı rayon Mərkəzi Kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü ilə əlaqədar tədbir keçirilib.
Mərkəzi Kitabxana və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə müəllimlər, şagird və valideynlər iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov şagirdləri əlamətdar gün münasibəti ilə təbrik edib. O, ilk dəfə 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün, aprelin 2-nin Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edildiyini və bütün dünya ölkələrində qeyd olunduğunu, bu tarixin cəmiyyətin diqqətini uşaq ədəbiyyatına yönəltməklə, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaradıldığını bildirib.
Təhsil şöbəsinin kitabxana işi üzrə metodisti Münəvyar Əzimova çıxış edərək uşaqların tərbiyəsində mütailənin xüsusi yer tutduğundan, kitab oxumağın uşaqları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə etməsindən, xalqımızın mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmalarına imkan yaratmasından söz açıb.
Tədbirdə Masallı şəhər 2,3,4,5,6 saylı, Ərkivan qəsəbə 1və 4 saylı, Dəmirçi, Yeddioymaq, Kəlbəhüseynli kənd orta məktəblərinin şagirdləri hekayə və nağıllar əsasında hazırladıqları bir-birindən maraqlı səhnəciklər nümayiş etdirib, şeir və rəqs nümunələrilə çıxış ediblər.
Sonda “Ədəbiyyat biliciləri” adlı viktorina keçirilib.
Qalib şagirdlər –Şahin Bağırov (Kəlbəhüseynli kənd orta məktəbi, I yer), Fatma Həsənzadə (şəhər 6 saylı orta məktəbi), Nuray İsmayılova (Ərkivan qəsəbə 4 saylı tam orta məktəbi, II yer), Murad Quluzadə (şəhər 3 saylı tam orta məktəbi), Sadıq Cahangirov (Ərkivan qəsəbə 2 saylı tam orta məktəbi, III yer) müxtəlif kitablarla mükafatlandırılıb.
 


 
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад