Главная > Mədəniyyət > Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb

Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb


20-04-2019, 11:14. Разместил: yeni321
  Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda mühazirə keçirilib 

Aprelin 19-da Masallı şəhəri “ASAN həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə “Milli aktyorluq məktəbi” mövzusunda mühazirə keçirilib.
Yeniheyet.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyoru” kafedrasının müdiri, professor, “Şöhrət” ordenli, Xalq artisti İlham Namiq Kamalın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Dünyanın zəngin tarixi-mədəniyyət irsinə malik olan Azərbaycanın meydan teatrının iki mindən çox yaşı olduğunu vurğulayan məruzəçi mərasim, şənlik, əyləncəli səhnə oyun tamaşalarının böyük bir qisminin bu günə qədər gəlib çıxdığını, Kosa, Keçəl, keçi kimi meydan teatrı personajlarının bu gün də tamaşaçıların sevimli obrazları olduğunu bildirib.
Qeyd edilib ki, Azərbaycan milli peşəkar teatrı 1873-cü il martın 10-da Bakıda Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə təşəkkül tapıb. Bu tarixdən başlayaraq Naxçıvan, Gəncə, Şamaxı, Şuşa, Şəki, Lənkəran, Ağdam, Quba və Füzulidə peşəkar teatrlar yaradılıb. Bu teatrlarda “Müsəlman artistləri dəstəsi”, “Nicat”, “Səfa”, “İbrat” və neçə-neçə belə truppalar fəaliyyət göstərib. Həmin truppalarda, sözün həqiqi mənasında, fədakar sənət vurğunları çalışıblar. Bu sənətkarlardan Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə Davudova, Cahangir Zeynalov, Ülvi Rəcəb, Mirzə Ağayev, Mövsüm Sənani, Hökumə Qurbanova, Ağahüseyn Cavadov, Barat Şəkinskaya, Əliağa Ağayev, Nəsibə Zeynalova, Ağasadıq Gəraybəyli və başqalarının adları Azərbaycanın teatr salnaməsinə qızıl hərflərlə yazılıb.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda geniş teatr şəbəkəsi fəaliyyət göstərir. Onların böyük əksəriyyətinə dövlət statusu verilib. Milli teatrla yanaşı, Bakıda rus, Qaxda gürcü, Qusarda ləzgi teatrları da fəaliyyət göstərir. Bu günlərdə Akademik Milli Dram Teatrı ilə yanaşı, dövlət tərəfindən Musiqili və Rus Dram teatrlarına da akademik status verilib. Teatrlarda minlərlə aktyor, aktrisa, rejissor, teatr rəssamı, bəstəkar və digər yaradıcı peşə sahibləri çalışırlar. Burada yetişən dünya şöhrətli sənətkarlar bu gün xalqımızın mənəvi sərvəti sayılırlar.
Tədbirdə Xalq artisti İlham Namiq Kamalın çəkildiyi filmlərdən, eyni zamanda, mühazirə Xalq artisti Nəsibə Zeynalovanın ad günü ərəfəsinə təsadüf etdiyindən Nəsibə Zeynalovanın "Qayınana" filmində, “Mozalan” telejurnalında rol aldığı səhnələrdən fraqmentlər nümayiş etdirilib.шаблоны для dle 11.2
Вернуться назад