Главная > Mədəniyyət / Təhsil > Şair Arif Fərzəli ilə görüş

Şair Arif Fərzəli ilə görüş


22-04-2019, 14:36. Разместил: yeni321
Şair Arif Fərzəli ilə görüş

Masallı rayonunun Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta məktəbində “Toxuma həsrət torpaq”, “Sizin dünya”, “Ömür yarımçıq qalmır”, “Yağışa düşən qərib” və “Tarix kitabı” kitablarının müəllifi, şair Arif Fərzəli ilə görüş keçirilib.
Məktəbin direktoru Kamal Təhməzovun giriş sözündən sonra tədris işləri üzrə direktor müavini İmdad Abuşov, tədbirin təşkilatçısı İlduzə Qasımova, kitabxananın müdiri Gülnarə Nəzərova, müəllimlərdən Əfsər Cəfərov, Kamal Qasımov, Hasil İsmayılov şairin yaradıcılığından danışaraq, onun həm də pedaqoq kimi uzun müddət fəaliyyətindən bəhs ediblər.
Adı respublikanın ədəbi mühitində yetərincə tanınan istedadlı şairin tükənməz poetik dünyasından söz salan natiqlər qeyd ediblər ki, Arif Xudakərim oğlu Fərzəliyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) kimya fakültəsini bitirsə də, bədii yaradıcılığa ömürlük könül verib. M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda (poeziya şöbəsində) ikinci təhsil alıb. Şeirləri, publisist yazıları maraqla qarşılanıb. Müəllifin sevgi, həsrət şeirləri səmimiliyi ilə seçilir. Vətənpərvər şairin tarixi mövzulara, Qarabağ ağrısına həsr edilmiş əsərlərində adi detallardan ustalıqla istifadəsi diqqətçəkəndir. Ayrı-ayrı illərdə "Gənclik" jurnalının bölgə müxbiri, "Qala" qəzetinin baş redaktor müavini olub... 
Çıxış edənlər bu gün də qələmdən ayrılmayan 63 yaşlı şair-publisistə yeni yaradıcılıq uğurları arzulayıblar.
Şagirdlərdən Polad Əmənov, Həsən Abbaszadə, İlduzə Qasımzadə, Elcan Fərzəliyev, Quram Niftiyev, Nərmin Baxşıyeva, Rəfiqə Hacıyeva, Tunar Məmiyev və Arif Məmmədov A. Fərzəlinin Vətənə, torpağa, Ulu öndərə həsr etdiyi şeirlərini söyləyiblər:

Sənin adınadır
xofsuz həyatımız,
buxovsuz muradımız
Endirməyə haqqımız yox -
Sənin adınadır
Bayrağımız,
Şərəfimiz - adımız...

 Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад