Главная > Mədəniyyət / Təhsil > Masallı məktəbliləri “Oxu günü”nü böyük sevinclə keçiriblər

Masallı məktəbliləri “Oxu günü”nü böyük sevinclə keçiriblər


24-04-2019, 18:21. Разместил: yeni321
“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə bağlı Masallıda ümumrayon tədbiri keçirilib 
 
Artıq ikinci ildir ki, aprelin 23-də ölkəmizin hər yerində “Oxu günü” qeyd olunur. Layihənin hədəfi yeniyetmə və gənclərin oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın artırılması, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır. “Oxu günü” layihəsinə bu il ənənəvi olaraq Masallı rayonu da qoşulub.
Aprelin 24-də Masallı şəhər Heydər Əliyev Parkında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar ümumrayon tədbiri keçirilib. Kitab bayramı tədbirində Masallı Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və kitabxanaçılar, müəllim və şagirdlər, yazıçılar, şəhərimizin qonaqları, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov bildirib ki, Beynəlxalq "Oxu günü"ndə rayonda müəllimlərin, məktəblərin iştirakı ilə keçirilən bu möhtəşəm tədbir kitaba bağlılığı daha da artırır. Rayon təhsil şöbəsi, lisey və məktəblər, ictimai təşkilatlar, ağsaqqallar və yazıçılar bu istiqamətdə şəhərdə və kəndlərdə vaxtaşırı müxtəlif kütləvi tədbirlər həyata keçirir.
Rayon rəhbəri vurğulayıb ki, əsas məqsəd uşaqlara mütaliənin üstünlüklərini aşılamaqdır. Şagirdlərimizin şəxsiyyət kimi və dünyagörüşünün formalaşmasında kitab oxumağın faydası çoxdur.
Məktəblilər müxtəlif təqdimatlarla çıxış ediblər. Dram əsərlərindən səhnələr, tamaşalar təqdim olunub, ustad dərsləri keçirilib. Azərbaycanın klassik və müasir şair və yazıçılarının əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar, “Heydər Əliyev və müasir Azərbaycan”, “Cəfər Cabbarlı-120”, “İsmayıl Şıxlı-100”, “İmadəddin Nəsimi-650”, “Cəlil Məmmədquluzadə-150” və s. mövzulu sərgilər,Vətəni, biliyi vəsf edən şeirlər və musiqi parçaları iştirakçıların marağına səbəb olub. Masallı şəhər 1 nömrəli tam orta məktəb şagirdlərinin ifasiında "Kitab sənin ilk dostundur", "Masallı" rəqs qrupunun "Gənclik" rəqsi, Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Məleykə Abbasova, şəhər 4 nömrəli məktəbin şagirdlərinin "İstəyirəm əsgər olam!", şəhər 3 nömrəli məktəb şagirdlərinin "Nəsimi" filmindən səhnələr, Kəlbəhüseynli kənd məktəbi şagirdlərinin Xalq şairi S.Vurğunun "Vaqif" dramından səhnələr, Masallı şəhər incəsənət məktəbi şagirdlərinin "Bayatı-Şiraz" muğamı və başqa ifalar tədbirə yeni rəng qatıb.
Tədbirdə "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırovanın iştirakı ilə məktəblilərə kitablar hədiyyə edilib.
Qeyd edək ki, ki, 1996-cı il aprelin 23-dən dünyada, 1997-ci ildən isə Azərbaycanda Ümumdünya Kitab və Müəllif Hüquqları Günü qeyd olunur. Bu barədə qərar 1995-ci ildə Parisdə, UNESCO-nun baş konfransında qəbul edilib.
 








 
“Yeni həyat”,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад