Главная > Mədəniyyət > AZƏRTAC-ın Ermitajda sərgilənən fotoları Bakı haqqında təəssüratları gücləndirib

AZƏRTAC-ın Ermitajda sərgilənən fotoları Bakı haqqında təəssüratları gücləndirib


26-11-2017, 18:09. Разместил: yeni321
AZƏRTAC-ın Ermitajda sərgilənən fotoları Bakı haqqında təəssüratları gücləndirib


Sankt-Peterburqda Avrasiyanın gənc jurnalistlərinin XII “Mədəniyyətlərin dialoqu” beynəlxalq media-forum çərçivəsində Ermitajda “Mən burada yaşayıram” adlı beynəlxalq fotosərgi nümayiş etdirilir. Sərgidə Avrasiya məkanının 30 fotomüxbirinin 200 ən yaxşı işi təqdim olunur. Onların arasında AZƏRTAC-ın fotoşəkilləri də var.

AZƏRTAC-ın fotomüxbirləri Vüqar Əmrullayevin, Roman İsmayılovun, Tofiq Babayevin, Fuad Əsgərovun, Aydın Məmmədovun Bakı gecələrini, Qız qalasını, Heydər Məscidini, Alov Qüllələrini, Dənizkənarı Bulvarı əks etdirən fotoları forum iştirakçılarının və Ermitajın qonaqlarının diqqətini xüsusilə cəlb edib. Onlar fotomüxbirlərimizin işləri ilə bağlı təəssüratlarını məmnuniyyətlə bölüşüblər.

Qazaxıstanın “Xabar 24” telekanalının müxbiri Mark Bryuşko bildirib ki, Bakının görməli yerlərini və mənzərələrini əks etdirən fotolar onda böyük maraq oyadıb. Gənc jurnalist Bakıya getmək, həmkarlarından və dostlarından haqqında yalnız yaxşı sözlər eşitdiyi Azərbaycan paytaxtından süjet hazırlamaq arzusunu dilə gətirib.

Sankt-Peterburq Dövlət Universitetinin tələbəsi Anastasiya Serdyukova qeyd edib ki, Bakının mənzərələri onu çox təsirləndirib və heyran edib: “Bakının çox gözəl şəhər olduğunu dostlarımdan eşitmişdim. Lakin fotoşəkillərdə bu gözəllikləri görərkən günəşli şəhərini öz gözlərimlə görmək istədim. Azərbaycanı günəşli, dənizi olan ekzotik bir ölkə kimi təsəvvür edirdim. Amma bu fotolara baxarkən anladım ki, orada həm də çox gözəl memarlıq abidələri və müasir binalar var”.
 
“Mən burada yaşayıram” fotosərgisinin qalibləri - İtaliyadan olan fotoqraflar Mişel Sirilo və Emanuela Laurenti bildiriblər ki, forumda çoxlu tanışlar və dostlar qazanıblar. “Azərbaycan, Bolqarıstan, Fransadan və digər ölkələrdən olan çoxlu dost tapmışam. Çox istərdim ki, Azərbaycana gəlib oradan fotoreportaj hazırlayım”, - deyə Emanuela Laurenti qeyd edib.

Mişel Sirilo deyib ki, bu sərgidə çoxlu gənc və istedadlı fotoqraflar öz işlərini təqdim edib: “Düşünürəm ki, jurnalistin əsas vəzifəsi vəziyyəti və insanları qınamaq, tənqid etmək yox, hər şeyi olduğu kimi göstərməkdir. Fotoqraf ilk növbədə tamaşaçıların hisslərini oyatmalı, onlarda dərin təfəkkürün formalaşmasına yardımçı olmalıdır. Sərgidəki uğurlu fotoşəkillərin sırasında Bakı mənzərələrini qeyd edə bilərəm. AZƏRTAC-ın Bakını təsvir edən bu fotoları sizin paytaxtınızı ziyarət etmək və yeni layihə hazırlamaq arzumu gücləndirdi. Düşünürəm ki, Bakının gündəlik həyatında həqiqətən multikulturalizm və tolerantlığın təcəssümünü tapa biləcəyəm”.

Qeyd edək ki, Avrasiyanın gənc jurnalistlərinin XII “Mədəniyyətlərin dialoqu” beynəlxalq media forumunda bu il dünyanın 40 ölkəsindən və Rusiyanın 30 regionundan olan 370-dən çox jurnalist iştirak edib.шаблоны для dle 11.2
Вернуться назад