Главная > Mədəniyyət / Təhsil > Masallıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub
Masallıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub31-05-2019, 16:48. Разместил: yeni321 |
![]() 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü respublikamızın hər yerində olduğu kimi, Masallıda da bayram sevinci ilə qeyd olunub. Mayın 31-də Heydər Əliyev Parkında keçirilən tədbirdə ümumtəhsil məktəblərinin müəllimləri, şagirdlər, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, tərbiyəçilər, uşaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. ![]() Bayram şənliyində çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, rayon təhsil şöbəsinin müdir müavini Samit İslamov uşaqları 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, onlara cansağlığı, firavan həyat, dərslərində nailiyyətlər arzulayıblar. ![]() Bildirilib ki, dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd olunur. Ümummilli lider Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. ![]() Masallı Rayon Heydər Əliyev Mərkəzinin, Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii özfəaliyyət kollektivləri və rayon məktəblilərinin, eləcə də uşaqların nümayiş etdirdikləri səhnəciklər, səsləndirdikləri şeirlər, rəngarəng musiqi nömrələri, vətənpərvərlik mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyalar tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. ![]() ![]() ![]() ![]() Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |