Главная > Mədəniyyət / Manşet > Masallıda müalicəvi turizm şəhərciyi salınacaq

Masallıda müalicəvi turizm şəhərciyi salınacaq


28-08-2017, 15:10. Разместил: yeni321
Masallıda turizmin sürətli inkişafını təmin etmək məqsədi ilə rayonda müalicəvi turizm şəhərciyinin salınması nəzərdə tutulur.
 Prezidenti İlham Əliyevin 2016-cı il sentyabrın 3-də Masallıya növbəti səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşü zamanı rayonda turizm istirahət kompleksinin tikintisi ilə bağlı məsələ qaldırılıb və bu təklif dövlətimizin başçısı tərəfindən bəyənilib. Artıq turizm istirahət kompleksinin tikinti-layihə sənədlərinin hazırlanmasına başlanılıb.
 Kompleksin rayonun Qəriblər kəndinin cənub hissəsində, Masallı-Yardımlı yolu boyunca 10 hektar sahədə tikilməsi nəzərdə tutulub.
 Layihənin icrası Masallıda, o cümlədən ölkəmizin cənub bölgəsində turizmin inkişafına böyük təkan verəcək.шаблоны для dle 11.2
Вернуться назад