Главная > Mədəniyyət > Sülh inkişafın əsas təməlidir
Sülh inkişafın əsas təməlidir13-09-2019, 08:36. Разместил: yeni321 |
Sülh inkişafın əsas təməlidir Masallı şəhər Heydər Əliyev Mərkəzində 21 avqust -21 sentyabr tarixlərində keçirilən “ Sülh aylığı “ çərçivəsində “Beynəlxalq sülh günü” münasibəti ilə “Sülh inkişafın əsas təməlidir” mövzusunda maarifləndirci tədbir keçirilib. Tədbirdə Masallı şəhər Uşaq İncəsənət Məktəbinin müəllim kollektivi iştirak edib. Mərkəzin direktoru Dilbər İbayeva “Beynəlxalq Sülh günü”nün yaranma tarixi haqqında məlumat verib. O, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə hər il ənənəvi olaraq respublikamızda “Beynəlxalq Sülh günü” ərəfəsində 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı” elan edildiyi və bu aylıq çərçivəsində müxtəlif maarifləndirmə tədbirləri təşkil olunduğunu qeyd edib. Sonra Mərkəzdə fəaliyyət göstərən MKS-nin 32 nömrəli filial müdiri Sevanə Mənsimova çıxış edərək dünyada sülhün əhəmiyyətindən danışıb, sülhün təbliğinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |