Главная > Mədəniyyət / Təhsil > Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib

Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib


25-09-2019, 08:57. Разместил: yeni321
Masallıda “İdeya dolu gənclik” mövzusunda təlim keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə Gənclər Mərkəzində “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının tədbirlər planının 5.10.7. yarımbəndinin icrası məqsədi ilə gənclərin sosial təşəbbüskarlığını artırmaq və innovativ təfəkkürünü inkişaf etdirmək məqsədi ilə “İdeya dolu gənclik” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, bu gün ki, tədbirimizin əsas məqsədi gənclərin hər hansı bir ideyasını gerçəkləşdirməsi üçün maarifləndirmək eləcədə gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq, onların tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır.
Tədbirdə Beynəlxalq Əmək təşkilatının “Öz biznesinə başla” üzrə təlimaçisi Rafət Şirəliyev çıxış edərək gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışaraq ölkə başçısına öz minnətdarlığını bildirdi .
Sonra tədbirdə iştrak edən 30 nəfərə yaxın gənc öz ideya və təklifləri ilə çıxış edərək maraqlı təkliflər irəli sürdülər .
Təlim şəklində keçirilən tədbirdə gəncləri maraqlandıran sullar cavablandırıldı.

“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад