Главная > Mədəniyyət > Masallıda misgərlik sərgisi keçirilib
Masallıda misgərlik sərgisi keçirilib26-11-2019, 13:45. Разместил: yeni321 |
Masallıda misgərlik sərgisi keçirilib Misgər Taleh Ağayevin Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən sərgisinə yekun vurulub. Bu məqsədlə noyabrın 25-də muzeydə rayonun Boradigah qəsəbəsindən olan xalq sənətkarı Taleh Ağayevin əl işlərindən ibarət “Qızıl əllər” adlı sərgisinin bağlanış mərasimi keçirilib. Xalq sənətkarlığı sahələrini, o cümlədən misgərlik sənəti nümunələrini və sözügedən sənət sahəsi ilə məşğul olan sənətkarları gənc nəslin nümayəndələrinə tanıtmaq, onlarda mədəni-etnoqrafik və müxtəlif xalq sənətkarlığı sahələri ilə bağlı təsəvvür yaratmaq məqsədilə keçirilən sərgidə sənətkarın misdən hazırladığı müxtəlif məişət və dekorativ əşyalar nümayiş olunub. Mərasimdə Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva misgər T.Ağayevə muzeydə keçirilən tədbirlərdə, eləcə də qədim misgərlik sənətinin yaşadılması və inkişafı, gənc nəslin nümayəndələrinə tanıdılması və təbliği işində göstərdiyi xidmətlərə görə minnətdarlığını bildirib, sənətkarı rəhbərlik etdiyi müəssisənin fəxri “Diplom”u ilə təltif edib. Xatırladaq ki, oktyabrın 1-dən təşkil edilmiş sərgi Masallı Regional “ASAN xidmət” mərkəzinin könüllüləri, Masallı Dövlət Regional Kollecinin tələbələri, rayonun müxtəlif ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri, qonaqlar tərəfindən izlənilib və böyük maraqla qarşılanıb. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |