Главная > Mədəniyyət > Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub

Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub


27-11-2019, 15:09. Разместил: yeni321
Masallıda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
 
Noyabrın 27-də Masallı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində görkəmli ədib və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş “Mirzə Cəlil və ədəbi-maarifçi hərəkat” adlı tədbir keçirilib.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə təşkil olunmuş tədbirdə muzey və kitabxana əməkdaşları ilə yanaşı, digər mədəniyyət müəssisələrinin işçiləri də iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov qeyd edib ki, C. Məmmədquluzadə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus yeri və rolu olan görkəmli ədəbi-ictimai xadim olub. Mirzə Cəlil müəllifi olduğu bədii əsərlərində, eləcə də publisistik yazılarında dövrünün ictimai eybəcərliklərini – xalqın avamlıq və geriliyini, savadsızlığını kəskin satirik üslubla tənqid atəşinə tutub, yaşadığı cəmiyyəti tərəqiyyə, maarifə səsləmiş, bu yolda qarşılaşdığı bütün çətinliklərə sinə gərməyə çalışıb. Ə. Nəzərov əlavə edib ki, Mirzə Cəlilin əsərlərinin ruhu və təlqin etdiyi ideyalar bu gün də aktualdır.
Geniş məruzə ilə çıxış edən muzeyin elmi işçisi Həbib Ağayev görkəmli ədibin həyatı və çoxşaxəli yaradıcılığından, o cümlədən ədəbi-bədii, mətbuat və naşirlik fəaliyyətindən bəhs edib.
Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağıyeva çıxışında diqqətə çatdırıb ki, Mirzə Cəlil ədəbi-bədii fəaliyyətilə yanaşı, həm də dövrünün görkəmli mətbuat xadimi və naşiri idi. Onun rəhbərliyilə nəşr edilmiş “Molla Nəsrəddin” jurnalı təkcə Azərbaycanda deyil, İran, Türkiyə, Mərkəzi Asiya və digər regionlarda da oxucular tərəfindən rəğbətlə qarşılanıb, mütərəqqi ədəbi-ictimai fikir və ideyaların inkişafına qüvvətli təsir göstərib.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад