Главная > Mədəniyyət > Masallıda bayram əhval-ruhiyyəsi

Masallıda bayram əhval-ruhiyyəsi


27-12-2019, 21:51. Разместил: yeni321
Masallıda bayram əhval-ruhiyyəsi 

31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramlarının Masallı rayonunda böyük ruh yüksəkliyi ilə qeyd oluncağı öncədən hiss olunur. Masallı şəhəri, park və meydanları, prospekt və mərkəzi küçələri bayram libasına bürünüb. Rayon icra hakimiyyətinin binası önündəki meydanda nəhəng yolka qurulub, ətraf ərazi rəngarəng, al-əlvan, işıqlı fiqurlarla bəzədilib. Yolka ətrafındakı Şaxta baba meydana təşrif buyuranlarda xoş əhval-ruhiyyə və əsl bayram ovqatı yaşadır.
Artıq bir neçə gündür ki, rayon ictimaiyyəti və məktəblilərin iştirakı ilə keçirilən silsilə bayram tədbirlərinə start verilib. Rayonun ayrı-ayrı ərazilərində, müəssisə və təşkilatlarda təşkil olunan bayram tədbirlərində masallıların sevincinə sevinc qatılır.
Masallı camaatı yeni 2020-ci ili həmişəkindən daha tez, daha sevinclə qarşılayır...








 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад