Главная > Mədəniyyət > Masallının ucqar dağ kəndində Yeni il şənliyi

Masallının ucqar dağ kəndində Yeni il şənliyi


2-01-2020, 14:02. Разместил: yeni321
Masallının ucqar dağ kəndində Yeni il şənliyi 

2020-ci ilin ilk günündə, yanvarın 1-də ucqar dağ kəndi olan Köhnə Zuvandda Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, təhsil və mədəniyyət müəssisələri və Köhnə Zuvandın sakinləri iştirak etmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov çay və şirniyyat süfrəsi arxasında bayram tədbirinin iştirakçılarını salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etmişdir. Rayonun rəhbəri xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü kimi böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirmişdir. İcra hakimiyyətinin başçısı ötən 2019-cu ildə ölkəmizdə aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verərək, ölkə rəhbərinin tapşırığına əsasən bununla paralel Masallıda aparılan sosial-iqtisadi inkişaf haqqında demişdir ki, təzəcə qədəm qoyduğumuz 2020-ci ildə də bu inkişafı daha da artıracağıq. Bu inkişaf Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində bundan sonra da davam etdiriləcəkdir.
Rayonun rəhbəri bütün Köhnə Zuvandlıları 31 dekabr - Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildirmiş, onlara ailə və övlad səadəti, təhsilə diqqət, bu bayramın ildən-ilə daha geniş vüsət aldığını və daha geniş şəkildə keçirildiyi qeyd edilərək, ulu öndər Heydər Əliyevin Dünya azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəmdən bəhs etmişdir. -Qoy 2020-ci il Sizin hər birinizin həyatında sevinclə başlasın. Arzularınız çin olsun. Təbiətin bu gözəl qoynunda böyüməkdə olan gənc nəsil xoş amalla yaşasınıar, onlar ölkəmnizin layiqli, əsl Azərbaycan vətəndaşları olsunlar. Çox şadam, sevinirəm. Sizin hər birinizi təbrik edirəm... — deyə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bayram şənliyindəki çıxışında demişdir.
Sonra kənd sakinlərindən Valeh Gülmirzəyev, Könül Ağayeva, Əfləddin Nəcəfov və başqaları çıxış etmiş, bugünkü xoş, firəvan, sakit həyata görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq etmiş, işə başladığı ilk günlərdən rayonun rəhbərinin kəndə qayğısını və işgüzarlığını vurğulamış, onlarla görüşə gəldiyini dönə-dönə dilə gətirmişlər.
Sonra söz musiqili-nəqməli qonaqlara verilmiş, rayon Regional Mədəniyyət İdarəsi özfəaliyyət kollektivi və rayonun tanınmış musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam etmişdir.
Böyük həvəslə keçirilən konsert proqramı Masallının tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirilmişdir. Bayram şənliyinin aparıcısı Cəmaləddin Əliyev növbə ilə sözü nəğməli qonaqlara vermiş, Nazilə Kərimova, Miriş Hüseynov, Şamo İbayev, Ruslan Zahid Azərbaycan, Masallı, Ana, Vətən, sevgi haqqında gözəl mahnılar ifa etmişlər. Bir birindən maraqlı və yaddaqalan ifalar sakinlərdə yüksək əhval-ruhiyə yaratdı.Dünyalarca tanınan Mahmudavarın «Halay» folklor ansamblı kiçicik Köhnə Zuvanddakı böyük ürək, qəlb sahiblərinə qoşulub rəqs etmiş, onlara böyük sevinc bəxş etmişlər.





 

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад