Главная > Mədəniyyət > Unudulmaz sənətkarın xatirəsi anılıb
Unudulmaz sənətkarın xatirəsi anılıb1-12-2017, 22:44. Разместил: yeni321 |
Unudulmaz sənətkarın xatirəsi anılıb Dekabrın 1-də Fəxri xiyabanda görkəmli bəstəkar, Xalq Artisti Emin Sabitoğlunun xatirəsi anılıb. Tədbir sənətkarın anadan olmasının 80 illiyinə həsr olunub. AZƏRTAC xəbər verir ki, tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabana gələrək Emin Sabitoğlunun məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər. Anım mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə bildirib ki, Emin Sabitoğlu 60-cılar nəslinin istedadlı nümayəndələrindən biri idi. O bənzərsiz yaradıcılığı ilə Azərbaycan musiqisinə bir çox yeniliklər gətirib. Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”. Bu bənzərsiz mahnılarla yanaşı, bəstəkarın simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poemaları bu gün də sevilə-sevilə dinlənilir. Bildirib ki, 600-dən çox mahnının, 9 musiqili komediyanın, 40-a yaxın film musiqisinin müəllifi olan Emin Sabitoğlunun anadan olmasının 80-ci ildönümü ölkəmizdə silsilə tədbirlərlə qeyd olunmaqdadır. “Bəzən bir ümid, bəzən göz yaşı gətirən” nəğmələri həmişə bizimlə olan unudulmaz bəstəkarın yubileyi dövlət səviyyəsində keçirilir. Bəstəkarın qızı, sənətşünas, professor Ceyran Mahmudova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bəstəkarın 80 illiyinin ölkəmizin hər yerində silsilə tədbirlərlə keçirilidiyini böyük razılıq hissi ilə qeyd edib. Atası haqqında xatirələrini bölüşən C.Mahmudova ziyarətə gələnlərə minnətdarlığını bildirib. Вернуться назад |