Главная > Mədəniyyət > "El havası” əyləncəli musiqi layihəsinin növbəti seçim turu Masallıda keçiriləcək

"El havası” əyləncəli musiqi layihəsinin növbəti seçim turu Masallıda keçiriləcək


12-02-2020, 14:14. Разместил: yeni321
El havası” əyləncəli musiqi layihəsinin növbəti seçim turu Masallıda keçiriləcək

Gənclər və İdman Nazirliyinin “El havası” əyləncəli musiqi layihəsi 13-14 fevral tarixində 2020-ci ilin “Gənclər paytaxtı” seçilən Masallı rayonuna üz tutacaq. Seçim turları üçün Astara, Yardımlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Neftçala, Səlyan və Lənkəran rayon gəncləri qeyd olunan tarixlərdə Masallı rayonunda yerləşən Mədəniyyət Mərkəzinə müraciət edə bilərlər.
Layihənin əsas məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərimizin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdir.
Yarışma haqqında geniş məlumat əldə etmək məqsədi ilə “El havası” sosial media hesabı (link) yaradılıb. İştirak etmək istəyən hər bir gənc “El havası” facebook səhifəsində qeydiyyatdan keçə, həmçinin, yerli gənclər və idman idarəsinə müraciət edə bilərlər. Yarışma 3 nominasiya (rəqs, solo və musiqi alətində ifa) üzrə keçirilir.
Qeyd edək ki, artıq layihə respublikanın iki böyük zonası olan Gəncə-Qazax, və Şirvanda keçirilib.

“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад