Главная > Mədəniyyət / Təhsil > “Gələcəyin birİNCİləri” Masallıda

“Gələcəyin birİNCİləri” Masallıda


12-02-2020, 16:02. Разместил: yeni321
“Gələcəyin birİNCİləri” Masallıda

Layihə çərçivəsində sonuncu oyun Masallı rayonunda keçirilib
 
Fevralın 12-də Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsi Masallı rayonunda baş tutub. İntellektual oyunlarda 16-29 yaş qruplarında gənclərdən ibarət 7 komanda və hər komanda üzrə 6 nəfər təmsil olunub.
Yarışmanın açılışını edən “Gələcəyin birİNCİləri” intellektual oyunu layihəsinin rəhbəri Famil Məmmədov Azərbaycan Respublikasının Gənclər Fondu, layihə və layihənin məqsədi haqqında komanda üzvlərini məlumatlandırıb. O, bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtını səmərəli keçirmək və onları bu cür intellektual oyunlara cəlb etməkdir. Layihə rəhbəri
iştirakçıları yarışmada fəal olmağa çağırıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Mehman Zahidov dövlətin gənclər siyasəti, gənclərin hərtərəfli inkişafı üçün yaradılmış infrastrukturla bağlı məlumatları iştirakçıların diqqətinə çatdırıb, onlara yarışmada uğurlar arzulayıb.
Daha sonra yarışın aparıcısı Zamin Ağazadə yarış qaydalarını iştirakçıların nəzərinə çatdırıb, komandaların adlarını dəqiqləşdirdikdən sonra yarışmanın başlanmasını elan edib.
Oyunların nəticələrinə əsasən ilk üç yeri qazanmış komandların hər bir üzvünə təşkilat komitəsi tərəfindən diplomlar verilib.
Məlumat üçün qeyd edək ki, bundan öncə layihənin 3 intellektual oyunu Lənkəran, Astara və Lerik rayonlarında keçirilib.
 
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад