Главная > Mədəniyyət > “El havası” “Gənclər paytaxtı” Masallıda…

“El havası” “Gənclər paytaxtı” Masallıda…


14-02-2020, 17:44. Разместил: yeni321
  “El havası” əyləncəli musiqi layihəsinin Masallı turuna yekun vurulub


Fevralın 13-14-də 2020-ci ilin “Gənclər paytaxtı” seçilən Masallı rayonunda keçirilən “El havası” əyləncəli musiqi layihəsinə yekun vurulub.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən layihənin əsas məqsədi respublikanın rayon və şəhərlərində yaşayan istedadlı gənclərin üzə çıxarılmasına şərait yaratmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, qədim el havalarını, xalq mahnılarımızı, rəqslərimizi, milli-mədəni irsimizi təbliğ etməkdir.
Yarışma 3 nominasiya – rəqs, solo ifa və musiqi alətində ifa üzrə keçirilib.
Masallı Rayon Mədəniyyət Mərkəzində təşkil olunan seçim turunun ilk günündə Salyan, Neftçala, Cəlilabad, Biləsuvar və Yardımlı, fevralın 14-də isə Masallı, Lənkəran, Astara və Lerik şəhər və rayonlarından 100-ə yaxın yeniyetmə və gənc öz istedadını nümayiş etdirib.
Zonalarda keçirilən “El havası” yarışmasının qaliblərini Bakıda təşkil olunacaq möhtəşəm qala-konsert proqramında maraqlı sürprizlər gözləyir.






Akif AĞAYEV, 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад