Главная > Mədəniyyət > Masallıda gənclərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası
Masallıda gənclərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası19-02-2020, 20:51. Разместил: yeni321 |
Masallıda gənclərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası Fevralın 19-da Masallı Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin və Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Masallı Gənclər Paytaxtı” seçilməsi münasibəti ilə rayonun milli-mədəni irsinin və təbiətin gənclərə tanıdılması məqsədilə Masallı şəhər R.Tağıyev adına Tarixi-Diyarşunaslıq Müzeyinə gənclərin ekskursiyası təşkil edilib. Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dekabrın 30-da imzaladığı sərəncamla 2020-ci ili “Könüllülər ili” elan etməsi və Dövlət gənclər siyasətinin müvafiq bəndlərinin rayonda icrası və Masallının “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar olaraq görüləcək işlərdən, qarşıda duran vəzifələr və keçiriləçək tədbirlər haqqında iştrakçılra geniş məlumat verib, gənclərə uğurlar arzulayıb. Tarix-Diyarşünaslıq muzeyin direktoru, Əməkdar Mədəniyyət işçisi Əntiqə Tağiyeva bildirib ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb. Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub. Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb. Muzeyinin direktoru gəncləri muzeydə olan eksponatlar ilə tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında geniş məlumatlar verib. Diqqətə çatdırılıb ki, müzeydə müəyyən dövrlərdə hazırlanmış zərgərlik, dulusçuluq, xalçaçılıq və s. əşyalar muzeydə nümayiş olunur. Ekspozisiya zalındakı müxtəlif stendlər vasitəsilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri, tarixi abidələri, görkəmli şəxsiyyətləri, qəhrəmanlıq göstərən şəhidləri barədə geniş informasiya əldə etmək mümkündür. Tədbir iştirakçıları rayonun tarixi və keçmişini gənc nəsillərə öyrədilməsi və çatırılmasında göstərdiyi xidmətə görə muzeyin direktoru və işçilərinə öz minnətdarlıqlarını bildiriblər. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |