Главная > Mədəniyyət > Masallının mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarət edirlər
Masallının mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarət edirlər11-04-2020, 16:16. Разместил: yeni321 |
Masallının mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarət edirlər Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilmiş hərəkət məhdudiyyəti rejimində mədəniyyət işçiləri də yaşlı, tənha yaşayan, eləcə də sağlamlıq problemləri olan keçmiş həmkarlarına baş çəkir, qayğıları ilə maraqlanırlar. Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları keçmiş kitabxana işçilərindən – Sığdaş kənd sakini, bir neçə şeir kitabının müəllifi, 84 yaşlı Hacı Dadaş Məmmədovu, Lürən kənd sakini Həqiqət Qurbanovanı, Masallı şəhər sakini, 68 yaşlı Ceyran Kərimovanı, Şıxlar kənd sakini, 84 yaşlı Gülzizə Vəliyevanı, Ağakişibəyli kənd sakini, 72 yaşlı Xavər Əsədovanı, Ərkivan qəsəbə sakini, uzun müddət Masallı Rayon Mədəniyyət Mərkəzində sürücü kimi fəaliyyət göstərmiş 82 Həsən Ağayevi, Dəmirçi kənd sakini, uzun müddət kənd mədəniyyət klubunda xadimə kimi çalışmış 69 yaşlı Şövkət Səmədovanı, Banbaşı kənd sakini, bir vaxtlar kənd mədəniyyət evinin direktoru olmuş 72 yaşlı Ərgüşad Salamovu, Qəriblər kənd sakini Telnaz Quliyevanı, Masallı rayon sakini Məsləhət Rəhmətovu, Hişkədərə kənd sakini, uzun müddət Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində elmi işçi vəzifəsində çalışmış Cümşüd Əliyevi öz evində ziyarət edib, onlara ərzaq məhsulları aparıblar. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |