Главная > Mədəniyyət > Masallıda ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib

Masallıda ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib


10-05-2020, 21:00. Разместил: yeni321

Ümummili liderin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert

Masallı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş onlayn konsert keçirilib.
Mayın 10-da baş tutan tədbir N. Gəncəvi adına rayon Mədəniyyət Mərkəzinin konsert zalından Masallı Regional Mədəniyyət İdarəsinin rəsmi feysbuk səhifəsi vasitəsilə canlı yayımlanıb.
Mədəniyyət Mərkəzinin solistləri Miriş Hüseynov, Atamoğlan Zahid, Şamo İbayev və Ruslan Zahidovun iştirakı ilə keçirilən onlayn konsertdə ümummili liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri səsləndirilib.
Proqram ərzində müğənniləri instrumental ansambl müşayiət edib.
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад