Главная > Mədəniyyət > Masallı Rayon Mərkəzi Kitabxanası oxuculara onlayn xidmət göstərir

Masallı Rayon Mərkəzi Kitabxanası oxuculara onlayn xidmət göstərir


14-05-2020, 14:10. Разместил: yeni321
Masallı Rayon Mərkəzi Kitabxanası oxuculara onlayn xidmət göstərir

Məlum olduğu kimi 2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarı ilə əlaqəli yerli sakinlərdə naməlum mənşəlli pnevmoniya xəstəliyi ilk aşkar olundu. Qısa müddət ərzində bütün dünyanı bürüyən Yeni tipli pnevmoniya COVID-19, 2019-nCoV koronavirusu pandemiyası haqqında 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.
  Bu xəstəliyin qarşısının alınması və daha çox yayılmamasından ötrü ölkələrdə karantin rejimi tətbiq olundu, müəssisə və təşkilatların iş fəaliyyəti dayandırıldı. Vətəndaşların evdə qaldıqları müddətdə vaxtlarını səmərəli keçirmələri məqsədilə “Evdə qal, evdə yarat!” adlı təşəbbüsə start verildi.
Masallı Rayon Mərkəzi Kitabxanasının kollektivi də bu devizə qoşularaq oxuculara xidməti onlayn şəkildə həyata keçirib. Belə ki, bu müddət ərzində Qarabağın tacı, doğma torpağımız Şuşanın erməni qəsbkarları tərəfindən işğalı, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü, Böyük Vətən Müharibəsinin 75 illiyi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyi, unudulmaz aktrisa Leyla Bədirbəylinin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbirlər keçirilib. Kitabxana əməkdaşları – Bəyim Axundzadə narkomaniya, Aidə Quluzadə uşaq ədəbiyyatı  haqqında videoçarxlar hazırlayıblar. Həmçinin oxucular bu müddətdə virtual xidmətdən yararlanmışlar. Belə ki,
onların elektron ünvanlarına elektron kitablar göndərilib.
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад