Главная > Mədəniyyət / Təhsil > Masallıda “Rəsm və əl işləri” müsabiqələrinin qalibləri mükafatlandırılıb

Masallıda “Rəsm və əl işləri” müsabiqələrinin qalibləri mükafatlandırılıb


21-05-2020, 18:24. Разместил: yeni321

Masallıda onlayn qaydada keçirilən "Evdə qal, evdə yarat" – "Rəsm və əl işləri" müsabiqələrinə yekun vurulub

 
25 aprel -10 may tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə 14-29 yaşlı gənclər (Masallı rayon tam orta və ümumi orta ümumi təhsil məktəblərinin VIII- XI sinif şagirdləri , kollec və ali təhsil müəssisələrinin tələbələri) arasında onlayn qaydada keçirilən “Evdə qal, evdə yarat” – “Rəsm və əl işləri” müsabiqələrinə yekun vurulub.
Mayın 21-də Masallı Rayon Gənclər və İdman İdarəsində qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili, Ümummililli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünün qeyd olunması , eləcədə Ulu Öndər məfkurəsinin gənclər arasında geniş təbliğ olunmasından ibarətdir.
“Rəsm” nüsabiqəsi üzrə Ərkivan qəsəbə 3 saylı tam orta məktəbinin şagirdi Ağayev Valid Akif oğlu birinci, Masallı Dövlət Regional Kollecinin tələbəsi Qurbanova Xumar Ceyhun qızı ikinci, Z.Nəcəfov adına Ərkivan qəsəbə 2 saylı tam orta məktəbin şagirdi Məmmədov İsmayıl Anar oğlu üçüncü yerə layiq görülüb.
“Əl işləri” müsabiqəsinin nəticələrinə görə isə ilk üçlüyü müvafiq olaraq Qəzvinoba kənd ümumi orta məktəbin şagirdi Abbasova Sevgül Zöhrab qızı, Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin şagirdi Şabanova Fatimə Fəzail qızı, Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin şagirdi Ağayeva Nurel Yadigar qızı tutublar.
Qaliblər Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok və diplomlarla təltif edilib.
 
 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад