Главная > Mədəniyyət > Ukraynanda Müslüm Maqomayevin xatirəsi anılıb

Ukraynanda Müslüm Maqomayevin xatirəsi anılıb


3-12-2017, 22:38. Разместил: yeni321
Ukraynanda Müslüm Maqomayevin xatirəsi anılıb

Truskavets şəhərində 

Ukraynanın Truskavets şəhərində Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının dəstəyi ilə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illiyinə həsr olunan konsert keçirilib.
Konsertdə Ukraynanın xalq artisti, Müslüm Maqomayev adına Mədəniyyət Mərkəzinin rəhbəri Qurban Abbasov, aktyor və müğənni Natalya Kudryaşova çıxış ediblər.
Hər iki müğənni M.Maqomayevin repertuarından onlarla mahnı ifa edib. Tamaşaçılar böyük sənətkarın nəğmələrini böyük sevgi ilə qarşılayıblar.
Qeyd edək ki, Müslüm Maqomayevin 75 illiyi ilə əlaqədar Ukraynanın bir sıra şəhərlərində konsertlər təşkil edilib.

                                        Emil Hüseynli,                                                                            
                                        AZƏRTAC.  шаблоны для dle 11.2
Вернуться назад