Главная > Mədəniyyət > “QİSAS ANDIMIZDIR”

“QİSAS ANDIMIZDIR”


21-07-2020, 12:48. Разместил: yeni321
“QİSAS ANDIMIZDIR”  

İyulun 20-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrının “Qisas andımızdır” adlı növbəti virtual kompozisiyası onlayn platforma vasitəsilə canlı nümayiş olunub.
Masallı rayonundan olan şəhid mayor Anar Novruzova ithaf olunmuş tamaşa-kompozisiyada teatrın baş rejissoru Cəmaləddin Əliyev və məktəblilər iştirak ediblər.
Şeir formatında hazırlanmış kompozisiya məzmun etibarilə vətənpərvərlik, torpaq və yurd təəssübü, mərdlik kimi yüksək mənəvi keyfiyyətlər üzərində qurulub. Eyni zamanda, kompozisiyada vətən uğrunda həyatını qurban vermiş – şəhidlik zirvəsinə yüksəlmiş vətən oğullarının qisasının tezliklə alınacağına, itirilmiş vətən torpaqlarına yenidən qayıdacağımıza güclü inam ifadə olunur.
Kompozisiyanın hazırlanmasında rejissor C. Əliyevlə bərabər, quruluşçu rəssam Elsevər Əliyev, istedadlı gənc aktyor Mərhəmət Lələyev və başqaları iştirak ediblər.
Qeyd edək ki, iyulun 12-dən başlayaraq bir neçə gün ərzində Tovuz rayonunda yerləşən mövqelərimizə qarşı Ermənistan silahlı bölmələri tərəfindən törədilmiş təxribatlar nəticəsində ordumuzun 11 əsgər və zabiti şəhid olmuşdur. Şəhidlik məqamına yüksəlmiş zabitlərdən biri də rayonun Ərkivan qəsəbəsində doğulmuş mayor Anar Novruzovdur.

“Yeni həyat”,      
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад