Главная > Mədəniyyət > Masallı "Gənclər Evi" “Mətbuatda dünən və bu gün" adlı onlayn tədbir keçirib

Masallı "Gənclər Evi" “Mətbuatda dünən və bu gün" adlı onlayn tədbir keçirib


25-07-2020, 11:16. Разместил: yeni321
Masallı "Gənclər Evi" “Mətbuatda dünən və bu gün" adlı onlayn tədbir keçirib

Masallı "Gənclər Evi" sosial xidmət müəssisəsi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibəti ilə onlayn tədbir keçirib.
Öncə iştirakçılar Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatın qarşısı alınarkən şəhid olan əsgər və zabitlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
"Mətbuatda dünən və bu gün" adlı virtual tədbiri giriş sözü ilə açan Sosial-ictimai inkişaf dərnəyinin rəhbəri Şəfa Əkbərova iştirakçılara 22 İyul – Milli Mətbuat və Jurnalistika Günü haqqında ümumi məlumat verib.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyilə nəşr edilən həftəlik "Yeni həyat" ictimai-siyasi qəzetinin baş ədəbi işçisi, “yeniheyet.az” saytının idarəedicisi Akif Ağayev çıxış edərək medianın bugünkü inkişafından və jurnalistika peşəsinin sirrlərindən danışıb.
O, çıxışında informasiya müharibəsi şəraitində media təmsilçilərinin üzərinə düşən vəzifələrdən bəhs edib, milli maraqların müdafiəsi yönümündə bu məsuliyyətin hamılıqla dərk edilməsinin vacibliyini vurğulayıb.
A.Ağayev gəncləri maraqlandıran bir sıra aktual sualları cavablandırıb.
Gənclər jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıblar.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад