Главная > Mədəniyyət > Masallıda virtual konsert proqramı təqdim olunub

Masallıda virtual konsert proqramı təqdim olunub


15-08-2020, 20:00. Разместил: yeni321

Masallıda virtual konsert proqramı təqdim olunub

  Avqustun 15-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin incəsənət kollektivi növbəti virtual musiqi proqramı ilə çıxış edib.
Ölkə ərazisində koronavirus (COVID-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunduğundan konsert rayon Mədəniyyət Mərkəzinin tamaşasız zalından sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.
Musiqi tədbirində mərkəzin istedadlı solistləri Ruslan Zahidov və Roza İstək zövqlü ifaları ilə virtual izləyicilərə xoş anlar bəxş ediblər.
Sənətçiləri mərkəzin instrumental ansamblı müşayiət edib.
Konsert proqramında tanınmış Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilib.
Masallı Regional Mədəniyyət İdarəsi rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığıilə gerçəkləşən virtual musiqi tədbirinin hazırlanmasında Mərkəzin direktoru Vəkil İsmayılov, bədii rəhbər Sakit Müslümov, rejissor Cəmaləddin Əliyev, quruluşçu rəssam Elsevər Əliyevin və digərlərinin əməyi olub.
  
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад