Главная > Mədəniyyət > Masallıda şəhid zabitin xatirəsinə həsr olunan virtual kompozisiya

Masallıda şəhid zabitin xatirəsinə həsr olunan virtual kompozisiya


20-08-2020, 22:00. Разместил: yeni321
 
 “QANLA YAZILAN TARİX”  

Avqustun 20-də Nizami Gəncəvi adına Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən rayon Xalq Teatrı sənətsevərlərə növbəti virtual kompozisiya təqdim edib.
Şəhid mayor Anar Novruzovun əziz xatirəsinə həsr olunan “Qanla yazılan tarix” adlı tamaşa-kompozisiyada teatrın kollektivi ilə yanaşı, məktəblilər və "Viləş" məktəbəqədər təhsil müəssisəsinin azyaşlıları da iştirak ediblər.
Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən, eləcə də şəhid zabit A. Novruzova ithaf edilmiş şeir parçalarından hazırlanan tamaşa-kompozisiya məzmunca milli birlik və oyanış, torpaqlarımız uğrunda mübarizəyə çağırış, vətənə, dövlətə sevgi kimi milli-mənəvi dəyərləri ehtiva edib. Eyni zamanda, kompozisiyada şəhid Anar Novruzovun timsalında vətənə, el-obaya bağlılıq, mərdlik kimi ən ali keyfiyyətlər poetik formada, obrazlı şəkildə ifadə edilib.
Virtual tamaşa rayon Mədəniyyət Mərkəzinin tamaşaçısız zalından sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunub.
Kompozisiyanın ərsəyə gəlməsində mərkəzin direktoru Vəkil İsmayılov, teatrın baş rejissoru Cəmaləddin Əliyev, quruluşçu rəssam Elsevər Əliyev və digərlərinin əməyi olub.
 
Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад