Главная > Mədəniyyət / Təhsil > Tələbələr şəhidin xatirəsinə həsr olunan virtual kompozisiya təqdim ediblər

Tələbələr şəhidin xatirəsinə həsr olunan virtual kompozisiya təqdim ediblər


21-08-2020, 20:34. Разместил: yeni321

 
“O, ŞƏHİDDİR, ÖLMƏZDİR”  

Masallı Dövlət Regional Kollecinin təşkilatçılığı ilə şəhid mayor Anar Novruzovun əziz xatirəsinə həsr olunan virtual kompozisiya hazırlanıb.
Avqustun 21-də “O, şəhiddir, ölməzdir” adlı virtual ədəbi-bədii kompozisiya sosial şəbəkələr vasitəsilə izləyicilərə canlı təqdim olunub.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Vidadi Nəzərov, direktor müavini Dilarə Hüseynova şəhidlərin vətənpərvərliyindən, cəsurluğundan, Anar Novruzovun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan qürurla bəhs ediblər.
Bildirilib ki, virtual kompozisiyanın hazırlanmasında məqsəd Anar kimi igidlərimizin tanıdılması, gənclərə vətənpərvərlik ruhunun aşılanmasıdır.
Tələbələrdən Səbinə İsmayılovanın, Dilruba Dadaşovanın, Nərmin və Ülviyyə Nəsirovaların, Aysun Əliyevanın, balaca məktəblilər Gülşən və Nurayın iştirak etdiyi ədəbi-bədii kompozisiyada şəhid zabitimizin əfsanəvi qəhrəmanlığı, eləcə də vətənə, dövlətə məhəbbət hissi tərənnüm edilib.
Kompozisiyaya Masallı Dövlət Regional Kollecinin müəllimi Camaləddin Əliyev quruluş verib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад