Главная > Mədəniyyət > "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"

"Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir"


18-09-2020, 22:04. Разместил: yeni321


"Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir" mövzusunda onlayn videokonfrans

 
Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan musiqi mədəniyyəti milli sərvətimizdir" mövzusunda onlayn videokonfrans keçirilib. Videokonfransda regionlarda fəaliyyət göstərən Neftçala, Qazax, Samux, Kürdəmir, Yevlax, Ağstafa, Qəbələ Heydər Əliyev Mərkəzlərinin direktorları və gənclər iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva bildirib ki, bu gün Milli musiqi günüdür. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Fərman imzalamışdır.
Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.
Konfransda Neftçala ,Qazax, Kürdəmir, Yevlax, Samux Heydər Əliyev Mərkəzlərinin direktorları mövzu ətrafında geniş şəkildə çıxış edərək Azərbaycan milli musiqisinin zənginliyi və dahi bəstəkar Ü.Hacıbəyovun həyat və yaradıcılığı haqqında fikirlər səsləndiriblər.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад