Главная > Mədəniyyət > Masallıda mədəniyyət işçilərinin geniştərkibli onlayn iclası

Masallıda mədəniyyət işçilərinin geniştərkibli onlayn iclası


26-09-2020, 19:48. Разместил: yeni321
Masallıda mədəniyyət işçilərinin geniştərkibli onlayn iclası 

Masallı Regional Mədəniyyət İdarəsinin müəssisələrin fəaliyyətinə həsr olunmuş geniştərkibli onlayn iclası keçirilib
Masallı Regional Mədəniyyət İdarəsinin ötən həftə ərzində görülmüş işlərin, həmçinin qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş onlayn iclası keçirilib. Videokonfrans formatında təşkil edilmiş iclasda regional mədəniyyət idarəsinin rəisi, Aparat əməkdaşları və idarənin əhatə etdiyi rayonlardakı iri mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Videokonfransda idarə rəisi Lətifə Mövsümova mədəniyyət müəssisələrinin ötən həftəki fəaliyyətini bir neçə istiqamət üzrə təhlil edib. Bildirilib ki, pandemiya şəraitinin davam etdiyi müddət ərzində müəssisələr fəaliyyətlərini onlayn qaydada davam etdirməlidirlər. Bu sırada videoçarxların və digər videomaterialların hazırlanması, onlayn tədbirlərin keçirilməsi göstərilə bilər.
L. Mövsümova müəssisələr tərəfindən bugünədək hazırlanmış videoçarxların müxtəlif elektron yaddaş qurğularında arxivləşdirilməsi barədə müəssisə rəhbərlərinə tapşırıqlar verib. Bildirilib ki, arxivləşdiriləcək materiallar əsasında yaxın gələcəkdə hesabat hazırlanacaq. O, müəssisə binalarının dezinfeksiya olunması ilə bağlı görülmüş işlərlə də maraqlanıb. O, infeksiya təhlükəsinin davam etdiyi müddətdə müəssisələrdə qabaqlayıcı tədbirlərin davam etdirilməsinin, həmçinin işçi heyətinin sanitar-gigiyenik qaydalara ciddi əməl etməsinin zəruri olduğunu rəhbərlərin nəzərinə çatdırıb.
Regional mədəniyyət idarəsinin rəis müavini Gündüz Mürsəlov ötən və cari həftə ərzində müəssisələr tərəfindən görülmüş işlər, videoçarxların hazırlanması, verilmiş tapşırıqların vaxtında icra olunması, idarənin əməkdaşları Dadaş Muxtarlı və Miriş Hüseynov musiqi və incəsənət məktəblərində yeni dərs ilində infeksiya təhlükəsilə əlaqədar tətbiq olunacaq bir sıra yeni qaydalar barədə danışıblar.
İdarə rəhbərliyinin tapşırıq və tövsiyələrindən, suallara cavabların verilməsindən sonra onlayn iclas öz işini yekunlaşdırıb.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад