Главная > Mədəniyyət > Masallı Regional Mədəniyyət İdarəsindən əsgərlərə sovqat

Masallı Regional Mədəniyyət İdarəsindən əsgərlərə sovqat


5-10-2020, 14:09. Разместил: yeni321
Masallı Regional Mədəniyyət İdarəsindən əsgərlərə sovqat

Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşən hərbiçilərimizə dəstək aksiyasına başlanılıb.
İlkin olaraq 3000 ədədə yaxın yun corab, 100 ədəd yataq üstlüyü, 300 ədəddən çox yun papaq, 300 ədəddən çox yun alt geyimi və 300 ədəddən çox əlcək hazırlanaraq cəbhə bölgəsinə göndərilməsi planlaşdırılır.
Masallı rayonunda fəaliyyət göstərən idarə-müəssisə, təşkilatlar, eləcə də müxtəlif sahələrdə çalışan şəxslərin də bu təşəbbüsə qoşulması və hərbiçilərimizə dəstək olması arzuolunandır.
Təşəbbüsə qoşulmaq istəyənlərin Masallı Regional Mədəniyyət İdarəsinə müraciət etməsi tövsiyə olunur.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад