Главная
> Mədəniyyət >
“TARİXİMİZİN YENİ NƏFƏSİ”
“TARİXİMİZİN YENİ NƏFƏSİ”
11-12-2020, 17:40. Разместил:
yeni321
“TARİXİMİZİN YENİ NƏFƏSİ”
Masallıda, Rəhim Tağıyev adına rayon Tarix-Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə “Tariximizin yeni nəfəsi” mövzusunda onlayn tədbir keçirilib.
Masallı rayonu ilə yanaşı, respublikamızın bir sıra rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərinin direktorlarının iştirak etdiyi videokonfransda əvvəlcə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Virtual tədbir iştirakçılarını Böyük Qələbə müasibətilə təbrik edən Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva bildirib ki, 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Ordumuzun, qəhrəman əsgər və zabitlərimizin şücaəti, xalqımızın möhkəm birlik və həmrəyliyi nəticəsində zəfərlə başa çatdı. Qazanılan misilsiz hərbi uğurlarımızla ərazi bütövlüyümüz təmin olundu, tarixi-mədəni mirasımız öz sahibinə qayıtdı, ölkəmizin müasir tarixinə yeni səhifələr yazıldı.
Azərbaycan İstiqlal Muzeyinin baş fond mühafizi Aidə Axundova qeyd edib ki, çox güman ki, yaxın vaxtlarda şəhidlərimizin şəxsi əşyalarının toplanıb muzeylərdə mühafizə olunması və sərgilənməsi işinə başlanılacaq. Əldə ediləcək hər bir tarixi eksponatın gələcək nəsillərə tanıdılması və öyrədilməsi yönümündə hər birimiz bu şərəfli missiyaya böyük məsuliyyət və vətənpərvərlik hissi ilə yanaşmalıyıq.
Daha sonra işğaldan yenicə azad olunmuş Qubadlı, Laçın, Zəngilan, Xocalı və Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeylərinin direktorları çıxış ediblər. Onlar zəfərlə bağlı ölkəmizdə son günlər sevincli günlərin yaşandığını, doğma torpaqlara qayıdacaqları günü, muzeylərinin doğulduqları yurd yerlərində yenidən fəaliyyət göstərəcəyi tarixi məqamı səbirsizliklə gözlədiklərini diqqətə çatdırıblar.
Videokonfransın sonunda Quba, Qusar, Xaçmaz, Beyləqan, Bərdə, Ucar, Zərdab, Gədəbəy, Şabran Tarix-Diyarşünaslıq muzeylərinin direktorları qazanılan möhtəşəm qələbədə göstərdiyi qətiyyət və siyasi iradəyə görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, hərbi rəşadət və şücaətə görə ordumuzun qəhrəman əsgər və zabit heyətinə minnətdarlıqlarının ifadə edib, şəhidlərimizə Allahdan rəhmət diləyiblər.
“Yeni həyat”,
www.yeniheyet.az
шаблоны для dle 11.2
Вернуться назад