Главная > Mədəniyyət > MASALLI - Bədəlanda abidə-bulaq komleksi tikilir

MASALLI - Bədəlanda abidə-bulaq komleksi tikilir


14-12-2020, 15:44. Разместил: yeni321
 

MASALLI - Bədəlanda abidə-bulaq komleksi tikilir

Ölkəmizin hər yerində olduğu kimi Masallı rayonunda da Qarabağ müharibəsi şəhidlərinin xatirəsi həmişə əziz tutulur, onların adlarının əbədiləşdirilməsi davam edir.
Bədəlan kəndində, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən igid oğullarımızın şərəfinə “Şəhidlər bulağı” tikilir. Artıq bir neçə gündür ki, abidə-bulaq inşa ediləcək ərazidə ilkin işlərə başlanılıb.
Xatirə-bulaq komleksinin tikintisi kənd xeyriyyə cəmiyyətinin təşəbbüsü, imkanlı şəxslərin maddi dəstəyi və fəal gənclərin köməyilə icra edilir.
Kənd sakinləri bu xeyirxah işdə zəhməti olan hər kəsə minnətdarlıqlarını bildirirlər.
 


Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад