Главная > Mədəniyyət / Təhsil > “ZƏFƏRİMİZ QÜRURUMUZDUR” – Masallıda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
“ZƏFƏRİMİZ QÜRURUMUZDUR” – Masallıda onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb23-12-2020, 12:00. Разместил: yeni321 |
![]() Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbəyə, əzgər və zabitlərimizin peşəkarlığına, döyüş qabiliyyəti və əzminə həsr olunmuş, yeniyetmə və gənclər arasında "Zəfərimiz qürurumuzdur!" mövzusunda keçirilən (4-10 dekabr) onlayn rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin nəticələrinə əsasən B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin şagirdi Əlisa Babayev birinci, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbinin şagirdi Mirzeynəb Kazımova ikinci, Ə.İbadov adına Tüklə kənd tam orta məktəbinin şagirdi Mələk Zamanova üçüncü yerə layiq görülüb. ![]() Qalib iştirakçılar Masallı rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |