Главная > Mədəniyyət / Texnologiya > MASALLI POÇT FİLİALININ 2021-Cİ İLƏ TÖHFƏSİ

MASALLI POÇT FİLİALININ 2021-Cİ İLƏ TÖHFƏSİ


19-01-2021, 17:40. Разместил: yeni321
MASALLI POÇT FİLİALININ 2021-Cİ İLƏ TÖHFƏSİ 

Müəssisə ötən ili mənfəətlə başa vurub
 
Bu gün imkanları geniş olan poçt xidməti həyatın daha çox sahələrinə tətbiq olunur. Masallı poçtamtının kollektivi də müştərilərə daha yaxşı xidmət etmək, günün tələbləri səviyyəsində çalışmaq, üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.
Hər bir müəssisənin fəaliyyəti qazandığı uğurlarla ölçülür. “Azərpoçt” MMC tərəfindən Masallı poçt filialı üçün bir ildə 470 min manat tarif gəliri proqnozlaşdırılmışdı. Kollektiv xidmətin səviyyəsini yüksəltməklə, bu sahədə ən qabaqcıl təcrübədən bəhrələnib onu tətbiq etməklə planın icrasına 102 faiz nail olmuş, bu gəliri 479 min manata çatdırmışdır. Bu, respublika poçt filialları arasında yaxşı göstərici, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 34 min manat artıqdır.
Ötən il maliyyə xidmətləri üçün 343 min 820 manat gəlir planı proqnozlaşdırıldığı halda faktiki olaraq 356 min 283 manat, yəni proqnozdan 12 min 463 manat (104 faiz) artıq yerinə yetirilmişdir. İl ərzində vətəndaşlar pandemiyaya görə alış-verişlərini internet vasitəsilə həyata keçirdikləri üçün vətəndaşların ünvanlara qəbul və çatdırılma işi poçt filialı tərəfindən həyata keçirilmişdir.
“Azərpoçt” MMC Masallı poçt filialının rəisi Səfalı Paşayev bildirmişdir ki, müəssisə respublika üzrə az sayda poçt filialları sırasına daxil olaraq 2020-ci ili mənfəətlə başa vurması 2021-ci ilə töhfəsidir. Belə ki, keçən il qeyd olunan dövr ərzində filial və onun şöbələrində əhaliyə bütün növ ənənəvi və qeyri-ənənəvi poçt rabitəsi xidməti göstərilmiş, bütün növ kommunal xidmət haqları qəbul edilmişdir. Filiala 42 poçt şöbəsi və bir poçt agentliyi daxildir. Əksər poçt şöbələri tərəfindən əhalidən qəbul olunmuş kommunal haqlar KÖMİS-ə işləndiyindən bu sahədə operativlik var.
Kollektiv rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. Pandemiya dövrünün çətinliklərinə baxmayaraq poct kollektivinin üzvləri rayon rəhbəri cənab Şahin Məmmədovun həyata keçirdiyi abadlıq-quruculuq işlərində həmişə fəal iştirak edir, iməcilik və yaşıllıqsalma işlərində fərqlənirlər.
İlin nəticələri göstərir ki, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, proqnozlaşdırılmış öhdəliklərin ödənilməsi, müəssisədə işin təşkilində qabaqcılların təcrübəsinin öyrənilib tətbiq edilməsindən çox asılıdır. Bunun üçün müəssisənin kifayət qədər ehtiyat və resursları vardır. Kollektiv çalışır ki, əldə edilən nailiyyətlər artırılsın, qazanılan nəticələrə yeni uğurlar əlavə etməklə vətəndaşlara xidmətin səviyyəsi yüksəlsin.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад