Главная > Mədəniyyət / Təhsil > Masallıda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

Masallıda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb


28-01-2021, 19:12. Разместил: yeni321
Masallıda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb 

Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “20 Yanvar qan yaddaşımızdır” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqənin qalibləri onlayn səsvermə yolu ilə münsiflər heyəti tərəfindən müəyyən edilib.
Karantin rejiminin qaydalarına riayət olunmaqla keçirilən mükafatlandırma mərasiminin iştirakçıları əvvəlcə Mərkəzin ekspozisiya-sərgi zalında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə yaxından tanış olublar.
Müsabiqənin yekun nəticələrinə əsasən İbrahim Əliyev, Səid İbayev, Əsnad Əsgərli birinci, Zəhra Əsgərli, Mirzəhra Miriyeva, Fizzə Həsənova ikinci, Turan Kazımzadə, Zeynəb Həşimova, Xatirə Quliyeva üçüncü yerlərə layiq görülüblər.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад