Главная > Mədəniyyət > Masallıda Xocalı soyqırımına həsr olunmuş virtual kompozisiya nümayiş olunub

Masallıda Xocalı soyqırımına həsr olunmuş virtual kompozisiya nümayiş olunub


18-02-2021, 17:11. Разместил: yeni321
Masallıda Xocalı soyqırımına həsr olunmuş virtual kompozisiya nümayiş olunub 

Fevralın 18-də Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdindəki Xalq teatrının kollektivi və rayonun Dəmirçi kənd ümumi orta məktəbi şagirdlərinin birgə iştirakı ilə virtual tamaşa-kompozisiya təqdim olunub.
Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş "Xocalını unutmarıq" adlı tamaşa-kompozisiyada faciə qurbanlarının fəryad və iztirabları aktyor və məktəblilərin məharətli ifasında dolğun əksini tapıb.
Kompozisiyada teatrın rejissoru Cəmaləddin Əliyev və aktyor Cavid Quliyevlə yanaşı, adıçəkilən təhsil müəssisəsinin şagirdləri rol alıblar. Tamaşanın prodüserri Mərhəmət Lələyevdir.
Xatırladaq ki, tamaşa-kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.


 

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад