Главная > Mədəniyyət > Masallı Xalq Teatrının şəhidlərə ithaf olunan virtual kompozisiyası

Masallı Xalq Teatrının şəhidlərə ithaf olunan virtual kompozisiyası


9-03-2021, 19:40. Разместил: yeni321
Masallı Xalq Teatrının şəhidlərə ithaf olunan virtual kompozisiyası 

Masallı Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı şəhidlərimizə ithaf etdiyi virtual kompozisiyanı izləyicilərə təqdim edib.
"Şəhidlik şərbəti" adlanan ədəbi-bədii kompozisiyada teatrın incəsənət kollektivi ilə bərabər, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin azyaşlıları da rol alıblar.
Kompozisiyanın əsas motivini şəhidlik məqamının müqəddəsliyi, şəhidlərə olan ümumxalq ehtiramı və sevgisi, vətənpərvərlik kimi ali dəyərlərin tərənnümü təşkil edib.
Ədəbi-bədii kompozisiyanın hazırlanması və səhnələşdirilməsində teatrın rejissoru Cəmaləddin Əliyev, istedadlı sənətçi Atamoğlan Zahid, gənc prodüser Mərhəmət Lələyev, aktyor Cavid Quliyev, bədii qiraətçi Ziyafət Hüseynov, "Viləş" məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi və başqaları iştirak ediblər.
Xatırladaq ki, kompozisiya sosial şəbəkələr vasitəsilə canlı yayımlanıb.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад