Главная > Mədəniyyət / Təhsil > Masallıda məktəblilər üçün onlayn ekskursiya

Masallıda məktəblilər üçün onlayn ekskursiya


11-03-2021, 16:10. Разместил: yeni321
Masallıda məktəblilər üçün onlayn ekskursiya 

Məktəblilər üçün onlayn ekskursiya təşkil edilib.
R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən məktəblilər üçün onlayn ekskursiya təşkil edilib.
Şagirdlərin asudə vaxtının səmərəli təşkilinə dəstək məqsədi daşıyan ekskursiyada rayonun Şatıroba kənd tam orta məktəbinin aşağı sinif şagirdləri iştirak ediblər.
Onlayn ekskursiya zamanı muzeyin direktoru Əntiqə Tağıyeva məktəblilərə əvvəlcə muzeyin yaradılma tarixi və fəaliyyəti haqqında məlumat verib, sonra eksponatlar barədə ətraflı bəhs edib.
Sonda təhsil müəssisəsinin direktoru Ülviyyə Səfərova onlayn ekskursiyanın təşkilinə görə muzeyin direktoruna minnətdarlıq edib.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад